Bakı Dövlət Universitetinin rektoru vəzifəsinə təyinat olub. SİA xəbər verir ki, Prezident İlham Əliyev Elçin Səfəralı oğlu Babayevin Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb və digər sərəncamla Bakı Dövlət Universitetinin rektoru təyin edilib.
Qeyd edək ki, E.Babayev 4 aprel 1965-ci ildə Naxçıvan şəhərində anadan olub. Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktorudur. E.Babayev həm də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işlər direktor müavini vəzifəsində çalışır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB