Bakıda “Ərzaq təhlükəsizliyinin qlobal sosial – iqtisadi problemləri” müzakirə olunacaq
2011-ci ilin sonlarında AMEA İqtisadiyyat İnstitutunda "Ərzaq təhlükəsizliyinin qlobal sosial-iqtisadi problemləri" mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcəkdir.
Konfransda "Ərzaq təhlükəsizliyi milli - iqtisadi təhlükəsizliyin tərkib hissəsi kimi", "Qloballaşma şəraitində ərzaq təhlükəsizliyinin təmin olunmasının elmi – nəzəri əsasları", "Aqrar sahənin dayanıqlı inkişafının təmin edilməsi yolları və mövcud durumu", "Rəqabət qabiliyyətli və ekoloji təmiz ərzaq məhsullarının istehsalı. Aqrar sahənin təşkilati – iqtisadi, idarəetmə strukturunun təkmilləşdirilməsi", "Ərzaq təhlükəsizliyinin təmin edilməsində dövlətin rolu. Ərzaq təhlükəsizliyinin təmin olunmasında maliyyə - kredit, vergi və qiymət amillərindən istifadə", "Ərzaq təhlükəsizliyi və sosial – demoqrafik problemlər", "Qeyri –sənaye sahələrinin inkişafı və ərzaq təhlükəsizliyi problemləri", "ÜTT-yə üzvlük və Azərbaycanda ərzaq təhlükəsizliyi məsələləri", "Ərzaq məhsullarının idxalı və ixracının təkmilləşdirilməsi istiqamətləri" və s. mövzularda məruzələr dinləniləcək, müzakirələr aparılacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB