"Prezident əhalinin rifahının yüksəlişini prioritet məsələ hesab edir" ÖZƏL-MÖVQE
“Bu gün Azərbaycan Prezidenti İlham Əliyev ölkədə sosial məsələlərin həllini, əhalinin rifahının yüksəlişini prioritet məsələ hesab edir və ölkəmizdə bu istiqamətdə ardıcıl tədbirlər keçirilir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev deyib.

Deputat bildirib ki, əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması məsələsi daim diqqət mərkəzindədir: “Azərbaycan Prezidenti növbəti dəfə dövlət başçısı seçildikdən sonra ilk fərmanı da vətəndaşların sosial müdafiəsi ilə bağlı olub”.
Ümumiyyətlə, respublikamızda aparılan sosial siyasətin məzmunu vətəndaşların sosial vəziyyətinin yaxşılaşması ilə bərabər, onların məşğulluğunun artırılması, daha yaxşı yaşamaları üçün əlavə pul gəlirləri əldə etməsindən ibarətdir. Son illərdə bu istiqamətdə atılan bütün addımlar konkret olaraq cəmiyyətin sosial qayğılarının təmin olunmasına əhəmiyyətli baza formalaşdırıb. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı davamlı iqtisadi inkişafı səviyyəsinin yüksəlməsi ilə yanaşı, yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun təmin edilməsinə və son nəticədə insanların maddi rifah halının yaxşılaşmasına əhəmiyyətli dərəcədə təsir göstərib”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB