Kiprli ekspert Qarabağ probleminin prespektiv həllini müzakirə etmək üçün Azərbaycana gələcək
Kipr Sosial Partiyasının təsisçilərindən biri Takis Hadzidimitriu Qarabağ probleminin prespektiv həllini müzakirə etmək üçün Azərbaycana səfər edəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə məlumat verən T.Hadzidimitriu bildirib ki, mart ayının əvvəlində Azərbaycana səfər edəcək. Onun sözlərinə görə, səfər zamanı bir sıra dövlət orqanlarının nümayəndələri ilə görüşü nəzərdə tutub.
Ekspertin fikrincə, danışıqlar zamanı münaqişənin həllində təcrübə mübadiləsinin aparılmasını planlaşdırılıb. Bu məqsədlə kiprli ekspertin Ermənistana da səfəri gözlənilir.
"Mən iki ölkənin təcrübəsini müzakirə etmək və bilmək istərdim ki, siz öz probleminizi necə həll edirsiniz?. Qeyd edim ki, səfərin təşkilatçısı Qafqazda böhran vəziyyəti ilə məşğul olan beynəlxalq təşkilatçılardan biridir", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB