“Bəziləri 10-15 sayt yaradaraq vəsiqə satmaqla məşğul olurlar" Baş redaktor

“Bəziləri 10-15 sayt yaradaraq vəsiqə satmaqla məşğul olurlar" Baş redaktor

“Bəziləri 10-15 sayt yaradaraq vəsiqə satmaqla məşğul olurlar. Mətbuat Şurası və digər media qurumları bu problemə qarşı tədbir görə bilmir. Çünki tədbir görmək imkanları məhduddur”. SİA-nın verdiyi məlumata görə, bunu Ədliyyə Nazirliyinin Probasiya xidmətində jurnalistlərlə keçirilən görüşdə Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

O, bu sahənin qanunla tənzimlənməsinin vacibliyini vurğulayıb: “Mətbuat Şurası, Ədliyyə Nazirliyi bununla bağlı təşəbbüslə çıxış etməlidir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə