Lənkəranda 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə bağlı tədbirlər keçirilir

Lənkəranda 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə bağlı tədbirlər keçirilir

Lənkəranda 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar silsilə tədbirlərə başlanıb. Bu barədə SİA-nın cənub bürosuna məlumatı Şəhər İcra Hakimiyyətinin ictimai təşkilatlar və siyasi partiyalarla iş üzrə şöbəsinin müdiri Əlimərdan Əliyev verib.

Onun sözlərinə görə, rayonun təhsil və mədəni-maarif müəssisələrində qanlı Yanvar faciəsi ilə ilə bağlı konfranslar, ədəbi-bədii gecələr, şeir və rəsm müsabiqələri, idman yarışları keçirilir, faciənin dəhşətlərini əks etdirən sərgilər təşkil edilir. Ümumxalq hüzn günü şəhər, qəsəbə və kəndlərdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların şərəfinə ucaldılmış abidələr önündə anım tədbirləri, məsçidlərdə ehsanlar veriləcək.

Yanvarın 19-da Lənkəran Dövlət Universitetində,orta ixtisas və rayonun bütün ümumtəhsil məktəblərində dərslər qanlı 20 Yanvar faciəsinə həsr olunacaq. Yanvarın 20-də ümumxalq hüzn günü ilə əlaqədar rayonun ərazisində dövlət bayraqları endiriləcək, Şəhidlər Xiyabanında ümumrayon mərasimi keçiriləcək, saat 12-00-də bütün yaşayış məntəqələrində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə