Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azərikimya" İstehsalat Birliyinin "Etilen-polietilen" zavodunun inzibati binasının qarşısında Füzuli rayonunun Horadiz qəsəbəsində gedən ağır döyüşlərdə igidliklə vuruşaraq şəhid olan, daxili qoşunların baş çavuşu sumqayıtlı döyüşçü Əliyev Nazim Novruz oğlunun xatirəsini əbədiləşdirmək məqsədi ilə inşa edilən "Abidə-bulaq" kompleksi açılıb.
Qeyd edək ki, şəhid Nazim Əliyev 11 yanvar 1965-cı ildə Sumqayıt şəhərində anadan olub, 1993-cü ilin oktyabr ayında yanğınsöndürənlərdən ibarət könüllülər dəstəsinin tərkibində cəbhəyə yollanıb. 1994-cü ilin yanvar ayında Füzuli bölgəsində ağır döyüşlərdə baş çavuş Nazim Əliyev xüsusi qəhrəmanlıq göstərmiş, düşmənin bir neçə zirehli texnikasını sıradan çıxarıb.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Nazim Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB