Əli Kərimli şeytanla əməkdaşlığa hazır olduğunu necə sübut edir? ANALITIK
AXCP sədrinin əqidəsizliyi və prinsipsizliyi ortadadır!
AXCP sədri Əli Kərimlinin müxalifətdə olduğu mövcud vaxta qədər müxtəlif və siyasi orientasiyaları tamamilə fərqli olan cinahlarla əməkdaşlıq etməsi faktları kifayət qədərdir. Separatçılardan, erməni lobbisindən tutmuş radikal təmayüllü dini təşkilatlara qədər hər kəsə necə deyərlər, yol tapan Kərimlinin əsas məqsədi isə bəllidir – mitinqlərinə bacardığı qədər adam toplamaq, bunu qarşılarında öhdəlik götürdüyü xarici təşkilatlar qarşısında hesabat olaraq təqdim etmək, nəticədə maliyyə vəsaitləri əldə edib, onu şəxsi məqsədlərinə xərcləmək. Əlbəttə ki, burada həbs olunanlar və s. kimi məsələlər də AXCP sədrinə dividentlər gətirməkdədir.
Əgər Kərimli şeytanla əməkdaşlığa hazır olduğunu deyirsə, bu zaman dindar kəsim onun nəyinə gərəkdir?
Yeri gəlmişkən, hələ illər öncə Ə.Kərimli aşkar şəkildə bəyan etmişdi ki, öz məqsədlərinə çatmaq üçün hətta şeytanla belə əməkdaşlıq etməyə hazırdır. Maraqlıdır, digərlərini qoyaq bir kənara, əgər Kərimli şeytanla əməkdaşlığa hazır olduğunu deyirsə, bu zaman dindar kəsim onun nəyinə gərəkdir? Yaxud, dindar kəsim nəyə görə şeytanla əməkdaşlıq etməyə hazır olan birinin siyasətinə dəstək göstərir, məgər dinə görə bu günah sayılmırmı?
Bu arada biz, xarici kəşfiyyat orqanlarının dəstəyi ilə Azərbaycanda silahlı yolla dövlət quruluşunu dəyişməyə cəhd edən radikal dini kəsimin - Taleh Bağırzadənin və ətrafına dəstək verənlərin Ə.Kərimlinin yan-yörəsində olduğunu xatırlaya bilərik. Misal üçün, "Milli Şura"nın daha öncəki mitinqlərində, eyni zamanda 19 yanvar mitinqində digər "siyasi məhbuslarla" yanaşı, T.Bağırzadənin də şəkillərinin qaldırıldığının şahidi olmuşuq. Bu fakt isə digər faktları üzə çıxarır.
Bu gün onun ətrafında dolaşanlar da eyni əqidəsizliyə, prinsipsizliyə sahib olan ünsürlər yığnağıdır
Məsələ ondadır ki, T.Bağırzadənin səs yazısından bəlli olur ki, Ə.Kərimli hələ əvvəl vaxtdan Talehin kimlərə biət etməsindən, Azərbaycanda heç də demokratik dəyərlər deyil, radikal dini cərəyan uğrunda mübarizə aparmasından xəbərdar olub. Lakin bütün bunlara baxmayaraq, Kərimli hər zaman Bağırzadənin tərəfdarlarına meydan verir, üstəlik bunu "ateistlərlə dindarlar qardaşdır" tipli sərsəm, yersiz, məntiqsiz və əsassız ibarələri ilə ictimaiyyətə sırımağa cəhdlər göstərir. Onda sual edilə bilər nə üçün, niyə və hansı səbəbdən? Bu suala elə Talehun özü cavab verir - çünki onun Talehin tərəfdarlarına ehtiyacı var. Bir sözlə, mitinqlərində hansı "əqidəyə" xidmət etməsindən asılı olmayaraq, adam toplamaq. Əslində isə, bu reallığın özü sübut edir ki, Ə.Kərimlinin nə bəşəri, nə şərəfə söykənən, nə də ümumiyyətlə, normal insanlarda olan əqidə, prinsip mövcud deyil. Ona görə də, şeytanla əməkdaşlığa hazır olduğunu deyir. Üstəlik, bu gün onun ətrafında dolaşanlar da eyni əqidəsizliyə, prinsipsizliyə sahib olan ünsürlər yığnağıdır.
Nəticə olaraq qənaətə gələ bilərik ki, dövlətin, hakimiyyətin arxasında xalq faktoru gücləndikcə, xalq-dövlət vəhdəti möhkəmləndikcə Ə.Kərimlinin şeytanla əməkdaşlıq etmək maraqları daha da artır. Bu maraq isə AXCP sədrini elə şeytanın olduğu məkana -cəhənnəmə doğru sürətlə yuvarlanması prosesi ilə sonlanacaq.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB