"ABŞ Şimali Koreyaya qarşı sanksiyaları sərtləşdirməyi düşünür"

"ABŞ Şimali Koreyaya qarşı sanksiyaları sərtləşdirməyi düşünür"

Birləşmiş Ştatları Şimali Koreyaya qarşı sanksiyaların daha da sərtləşdirilməsini nəzərdən keçirir. SİA-nın xarici mətbuata istinadən vediyi xəbərə görə, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Bolton müsahibəsində qeyd edib.

Boltonun sözlərinə görə, əgər Şimali Koreya öz nüvə proqramını aşağı salmazsa, Vaşinqton Pxenyana qarşı sanksiyalarını gücləndirməyə hazır olacaq.

"Prezident Tramp da aydın şəkildə ifadəsində bildirib ki, əgər Şimali Koreya tətbiq olunan sarsıdıcı iqtisadi sanksiyalardan qurtarmaq istəmirsə, biz daha çox sanksiya tətbiq etməyə hazırıq", - deyə Bolton bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə