YAP Cəbrayıl rayon təşkilatında tədbir keçirilib

YAP Cəbrayıl rayon təşkilatında tədbir keçirilib

YAP Cəbrayıl rayon təşkilatında ərazi ilk partiya təşkilat sədrləri və partiya fəallarının iştirakı ilə tədbir keçirilib. Tədbirdə çıxış edən YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli tarixi yola nəzər salaraq, xalqa, vətənə, dövlətçiliyə xidmət edən Yeni Azərbaycan Partiyasının, Ümummilli Lider Heydər Əliyev ideyalarına əsaslanaraq, dövlətçiliyimizin möhkəmlənməsinə və dinamik inkişafana öz töhfələrini verdiyini diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə böyük nüfuz qazandırıb və Azərbaycan regionun lider dövlətinə çevrilib.

Rayon təşkilatının sədri A.Fərzəliyev YAP Sədrinin müavini, Baş nazirin müavini, İcra katibi Əli Əhmədovun sədrliyi ilə bu günlərdə keçirilən geniş müşavirəyə nəzər salaraq, onun giriş nitqindəki tövsiyə və tapşırıqlarını diqqətə çəkib. Qeyd edib ki, müşavirədə vurğulandığı kimi, 2019-cu ilin başlanğıcından etibarən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sosial sfera ilə bağlı əhəmiyyətli sərəncamlar imzalayıb. Bu sərəncamlar əsasında insanların sosial həyatının yaxşılaşdırılması ilə əlaqədar çox ciddi tədbirlər görülüb: "Eləcə də, minimum pensiyanın artırılması, müxtəlif müavinətlərin, tələbələrin təqaüdünün, məcburi köçkünlər üçün aylıq müavinətlərin artırılması, şəhid ailələrinə qayğı, problemli kreditlərin həlli və s. addımlar çox vacib sosial proqramlardır. Bütün bunların hamısı Azərbaycan dövlətinin sosialyönümlü fəaliyyətinin mahiyyətini ifadə edir və dövlətin siyasətinin mərkəzində vətəndaş amilinin dayandığıni göstərir".
Tədbirdə A.Fərzəliyev ərazi ilk partiya təşkilatlarının sədrlərinə ölkə Prezidentinin bu möhtəşəm sərəncamlarının mahiyyətinin geniş ictimaiyyətə çatdırılmasını tövsiyə edib.
Sonda Cəbrayıl rayon ərazi il partiya təşkilatının sədrləri Nəriman Əsədov, Sahib Süleymanov, Aydın Bəyişov, gənclər birliyinin sədri Əli Məmmədli, partiya fəallarından Əli Kazımov və Məlahət Əzizova çıxış ediblər.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə