"Xəzər-Qara dəniz nəqliyyat dəhlizi yeni bir layihədir. Bu layihənin reallaşdırılması əslində Avropa ilə Orta, Məkəzi Asiya arasında kifayət qədər səmərəli olacaq nəqliyyat-logistik sisteminin qurulmasını şərtləndirə bilər. Qeyd etmək lazımdır ki, Xəzər-Qara dəniz Transxəzər və Lazurit dəhlizlərinin əsasında formalaşdırılır". Bunu SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.

Politoloqun sözlərinə görə, Azərbaycanın bu layihədə həlledici rolu vardır: "Belə ki, Orta Asiyadan gələn yüklər əsasən Azərbaycan ərazisindən Gürcüstana, ordan isə Qara dəniz sahillərinə çatdırılmaqla Avropaya ötürüləcəkdir. Nəzərə almaq lazımdır ki, layihənin əsas təşəbbüskarı rolunda Rumıniya çıxş edir. 2018-ci ildə Türkmənbaşında multimodel dəniz limanı istifadəyə verilib. Xəzər-Qara dəniz nəqliyyat dəhlizi Rumıniyanın Konstansa limanı ilə Türmənistanın Türkmənbaşı limanını birləşdirəcəkdir. Bununla da Rumıniyanın Avropa bazarına Orta və Mərkəzi Asiyadan gələn mallar üçün mühüm tranzit ölkəyə çevrilmək imkanı yaranacaqdır. Bu layihənin həyata keçirilməsi Türkmənistanın da tranzit imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcəkdir. Bu baxımdan, Xəzər-Qara dəniz nəqliyyat dəhlizinin həyata keçirilməsində Rumıniya ilə Türkmənistan da təşəbbüskar rolunda çıxış edir. Belə ki, digər Orta və Mərkəzi Asiya ölkələrdən mallar məhz Türkmənbaşı limanı vasitəsilə Bakıya çatdırılacaqdır. Bakıdan da artıq məlum marşurut üzrə Gürcüstana və Rumıniyaya çatdırılacaqdır.
Göründüyü kimi, belə bir layihə bütün iştirakçı ölkələr üçün mühüm geoiqtisadi və geosiyasi əhəmiyyət kəsb edir. İştirakçıların arealı isə kifayət qədər genişdir. Bütövlükdə Asiya, Sakit okean ölkələrinin dəhlizdən istifadə etmək imkanı olacaqdır. Bu da, öz növbəsində iqtisadi əməkdaşlıqla yanaşı, siyasi münasibətlərin inkişafını zəruri edəcəkdir. Dəhlizin əhatə etdiyi coğrafiyada təhlükəsizlik məsələlələrinə də həssaslığın artması üçün də zəmin yaranacaqdır. Bütün bunlar bir daha sübut edir ki, Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya, və Türkmənistan xarici işlər nazirlərinin iştirakı ilə müzakirələrin aparılması Xəzər-Qara dəniz nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsi baxımından həlledici rol oynaya bilər. Belə ki, görüşün nəticəsi olaraq, birgə bəyannamənin imzalanması nəzərdə tutulub. Birgə bəyannamədə layihənin həyata keçirilməsi üçün dörd ölkənin siyasi iradəsi ifadə olunacaqdır ki, bu da növbəti addımlar üçün əsas şərtdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB