ATƏT PA nümayəndə heyəti Azərbaycana səfər edəcək

ATƏT PA nümayəndə heyəti Azərbaycana səfər edəcək

Sabah İtaliyanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri Paolo Qrimoldinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək. SİA-nın məlumatına görə, nümayəndə heyəti Milli Məclisdə Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti ilə görüş keçirəcək.

Nümayəndə heyətinin İqtisadiyyat və Energetika nazirliklərində görüşlərinin keçirilməsi də nəzərdə tutulub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə