Prezident yeni təyin olunmuş səfirlərin etimadnamələrini qəbul edib

Prezident yeni təyin olunmuş səfirlərin etimadnamələrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Venesuela Bolivar Respublikasının, Ruanda Respublikasının və Tailand Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirlərinin etimadnamələrini qəbul edib. SİA-nın verdiyi məlumata görə, Venesuela Bolivar Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bernd Aleksander Bayerl, Ruanda Respublikasının səfiri Vilyams Nkurunziza və Tailand Krallığının səfiri Phantipha İamsudha Ekarohit etimadnamələrini Prezident İlham Əliyevə təqdim ediblər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə