Neftin qiyməti aşağı düşüb
Neftin qiyməti aşağı düşüb. SİA-nın məlumatına görə, bir barelə görə neftin qiyməti 90.9 dollar təşkil edib. Ucuzlaşmaya səbəb bir müddət əvvəl qəzaya görə fəaliyyəti dayandırılan Trans-Alyaska neft boru kəmərinin uğurlu bərpasıdır. Keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 0,64 dollar və ya 0,7% artaraq 1 barelə görə 90.,9 dollar təşkil edib.

Qeyd edək ki, boru kəmərinin təmirindən sonra növbəti günlərdə onun vasitəsilə 500 min barel neft nəqli proqnozlaşdırılır. Ötən ilin dekabr ayında həmin kəmər vasitəsilə gün ərzində 642 min barel neft nəql olunub.

Məlumat üçün nəzərinizə çatdıraq ki, boru kəmərinin fəaliyyəti cari ilin 8 yanvar tarixində baş verən qəza nəticəsində dayandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə