“2015-ci ildə ölkənin bank-maliyyə sektorunda yaşananlar 21 fevral və 21 dekabr devalvasiyaları əhalinin banklara olan kredit borclarının ödənilməsində çox ciddi problemlər və sıxıntılar yaratdı. Xüsusilə, dollarla götürülən kreditlərin ödənilməsində banklarla müştərilər, əhali arasında ciddi narazılıqlar özünü büruzə verməyə başladı. Ölkə prezidentinin problemli kreditlərlə bağlı fərmanı məhkəmə çəkişmələrinə son qoydu”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.
O bildirib ki, ölkə prezidentinin problemli kreditlərlə bağlı fərmanı 2019-cu ilin ən böyük hadisələrindən biridir: “Bununla yüz minlərlə insanın, minlərlə ailələrin problemləri, narahatlığı aradan qaldırılmış oldu. Bu, çox təqdirəlayiq və alqışlanmalı məsələdir”.
Problemli kreditlər məsələsinin son 4 ildə ən çox müzakirə edilən məsələ olduğunu xatırladan E. Səlimov söyləyib ki, uzun müddət idi ki, hər kəs problemin həlli istiqamətində atılacaq addımları gözləyirdi: “Prezident İlham Əliyevin iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə problemin həlli istiqamətində verdiyi anons artıq hər kəsdə sevinc hissi yaratmışdı. Cəmi 3 gündən sonra bu istiqamətdə mühüm Fərmanın verilməsi, Ölkə başçısının, Azərbaycan dövlətinin öz vətəndaşının yanında, bütün problemlərinin həllində daim iştirakçı və yardımçı olduğunu göstərdi. Bu, bir daha Azərbaycan dövlətinin iqtisadi qüdrətini, dövlət rəhbərinin dönməz iradəsini ortaya qoydu”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB