Tomas Hammarberq Ermənistanda dörd gün insan haqları ilə bağlı olan vəziyyəti yoxlayacaq

Tomas Hammarberq Ermənistanda dörd gün insan haqları ilə bağlı olan vəziyyəti yoxlayacaq

Bu gün Avropa Şurasının İnsan haqları üzrə Komissarı Tomas Hammarberqin Ermənistana dörd günlük səfəri başlayır. SİA-nın xəbərinə görə, bu barədə məlumatı Ermənistan xarici işlər nazirliyinin mətbuat xidməti yayıb. Məlumata əsasən Tomas Hammarberq Ermənistan prezidenti Serj Sarkisyan, xarici işlər naziri Edvard Nalbandyan, müdafiə naziri Seyran Ohanyan, ədliyyə naziri Qrayr Tovmasyan, eləcə də hakim strukturda olan siyasi qüvvələr, müxalifət partiyaları və ictimai təşkilatların nümayəndələri ilə görüşlər keçirəcək.

 

Eyni zamanda avropa komissarı "Aykakan jamanak" qəzetinin hazırda həbsdə olan baş redaktoru Nikol Paşinyanla da görüşəcək.

 

Xatırladaq ki, Nikol Paşinyan ötən il yanvarın 19-da məhkəmənin hökmü ilə 2008-ci ilin 1-2 martında İrəvanda kütləvi iğtişaşların təşkilində təqsirli bilinərək, 7 il müddətinə azadlıqdan məhrum edilib. Mart hadisələrindən sonra baş redaktor barəsində axtarış elan edilib, 2009-cu il iyulun 1-də isə o polisə təslim olub.

Bütün xəbərlər Facebook səhifəmizdə