"Azərbaycan sosial məsələlərin həllində dünyada öz liderliyini nümayiş etdirir" AÇIQLAMA-ÖZƏL
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı müşavirə və müşavirədə dövlət başçısının çıxışı bir daha təsdiqlədi ki, əhalinin sosial müdafiəsinin davamlı olaraq gücləndirilməsi daim dövlətin diqqət mərkəzindədir. Cənab Prezident həmin müşavirədə problemli kreditlərlə bağlı məsələnin də həll olunacağını bildirmişdi. Cəmi üç gün sonra isə bu Fərman imzalandı”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.
Ölkəmizdə əhalinin sosial rifahının yüksəldilməsi üçün mühüm addımların atıldığını deyən deputat söyləyib ki, minimum əmək haqları, pensiya təminatı sahəsində aparılan ciddi islahatlar, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən geniş proqramlar, şəhid ailələrinə göstərilən qayğı, sosial sahə ilə bağlı qəbul olunan çoxsaylı qanunlar və digər sosial xarakterli addımlar vətəndaşlarımızın rifah halının daha da yaxşılaşmasına yönələn tədbirlərdir:
“Prezident İlham Əliyevin fiziki şəxslərin problemli kreditlərinin həllinə dair Fərmanı dövlətin hər zaman öz vətəndaşının yanında olduğunu və problemlərin həllini daim diqqətdə saxladığının bariz nümunəsidir”.
T. Rzayev söyləyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafın Azərbaycan modeli formalaşıb və sosial inkişaf məsələləri də dövlət siyasətinin prioritetləri sırasındadır: “Dövlət başçısının vurğuladığı kimi, ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Problemli kreditlərin həlli ilə bağlı Fərmanın imzalanması bir daha təsdiqləyir ki, Azərbaycan əhalinin sosial məsələlərinin həllində dünyada öz liderliyini nümayiş etdirir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB