“Suriya Demokratik Şurası (Suriya Demokratik Qüvvələrinin siyasi qanadı), Rusiyanın ölkəni normallaşdırmaqla bağlı quruluş qurma təklifini müzakirə etməyə hazırdır”. SİA-nın xəbərinə görə, bu barədə ABŞ-da Suriya Demokratik Şurasının Nümayəndəsi, Suriya Milli Şurasının sədri Bassam İshaq məlumat verib.
“Rusiya səlahiyyətliləri ilə hər hansı bir təklifi müzakirə etmək üçün açığıq”, - deyə İshaq Rusiya Federasiyasının təşəbbüsünü şərh edib.
O bildirib ki, Rusiya Suriyada mühüm siyasi qüvvədir və onlar dəfələrlə Moskvanı ziyarət ediblər: “Biz bütün tərəflər - ABŞ, Rusiya və Suriya məsələsində iştirak edən bütün aktorlar ilə davamlı əməkdaşlıq gözləyirik”.
Qeyd edək ki, bir müddət bundan əvvəl Rusiya prezidenti Vladimir Putin terroristlərin üzərindəki qələbədən sonra Suriyada vəziyyətin normallaşması ilə məşğul olan bir strukturun yaradılması ideyasını irəli sürmüşdü. O bildirmişdi ki, yeni struktur bütün silahlı qüvvələrin Suriyadan çıxarılması və ölkənin ərazi bütövlüyünün qorunması ilə bağlıdır.
Məlumat üçün nəzərinizə çatdıraq ki, “Suriyalı Demokratik Qüvvələr” i əsasən kürdlərdən ibarətdir və Suriyada ABŞ-ın ortağıdırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB