2011-ci ilin birinci yarısı üzrə Koreya dili səviyyəsinin müəyyənləşdirilməsi imtahanı keçiriləcək
Bu il Bakıda 2011-ci ilin birinci yarısı üzrə Koreya dili səviyyəsinin müəyyənləşdirilməsi (TOPIK) imtahanı keçiriləcək. SİA-nın xəbərinə görə, imtahan aprelin 17-də Azərbaycan Dillər Universitetində təşkil olunacaq.
İmtahanda iştirak etmək arzusunda olan namizədlər cari ilin 26 yanvar–10 fevral tarixlərində müvafiq qaydada doldurulan anket forması ilə Koreyanın Bakıdakı Səfirliyinə müraciət etməlidirlər. Əlavə məlumatı, həmçinin http://www.topik.go.kr internet ünvanından və Koreyanın Bakıdakı Səfirliyindən (596-7901~3) almaq mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB