Yanvarın 20-də Bakı Polis Qarnizonu gücləndirilmiş iş rejimdə çalışacaq

Yanvarın 20-də Bakı Polis Qarnizonu gücləndirilmiş iş rejimdə çalışacaq

Yanvarın 20-də Bakı Polis Qarnizonu gücləndirilmiş iş rejimdə çalışacaq. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar Daxili İşlər Nazirliyində xüsusi tədbirlər planı hazırlanıb. Həmin plana əsasən, yanvarın 20-si səhər saat 7-dən axşam saat 18-dək Hüseyn Cavid və Parlament prospektləri və Mehdi Hüseyn küçəsindən Teleteatradək yollar bağlanacaq. Həmin küçələrdə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.

 

Şəhidlər xiyabanını ziyarət saat 11.00-dan başlayacaq və 19.00-dək davam edəcək. Vətəndaşlar 20 saylı orta məktəbin qarşısından Parlament prospekti ilə Şəhidlər xiyabanı istiqamətində hərəkət edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə