ATƏT Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçirəcək

ATƏT Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçirəcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq yanvarın 19-da Azərbaycan Respublikasının Xocavənd rayonunun Aşağı Veysəlli kəndinin şimal istiqamətindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin koordinatoru İmre Palatinus və səhra köməkçisi Xristo Xristov, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi olan təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Antal Herdiç, Jaslan Nurtazin və Uilyam Prayor keçirəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə