“Düşünürəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ilk növbədə Ermənistan özünün qeyri-konstruktiv mövqeyindən geri çəkilməlidir”. Bunu SİA-ya açıqlamasında politoloq Elsən Manafov deyib. Onun sözlərinə görə, Paşinyanın hakimiyyətə gəlişi ərəfəsində Dağlıq Qarabağ probleminin həlli ilə bağlı verdiyi vədlərlə son bir necə ayda verdiyi vədlərlər arasında kifayət qədər fərqlər var: “Azərbaycan tərəfi bütün hallarda bu problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tənzimlənməsinin vacibliyini vurğulayıb və Prezident İlham Əliyevdə dəfələrlə qeyd edib ki, biz heç vaxt heç bir vəchlə ermənilərə ikinci dəfə Azərbaycan torpaqlarında erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik. Azərbaycanın bu danışıqlarda güzəştə getməsi çox böyük ehtimalla Dağlıq Qarabağda muxtariyyət yaratmaq layihəsinin reallaşdırılması ilə bağlı planlarından uzağa gedə bilməz. Bu mənada Azərbaycan tərəfinin bu danışıqlarda daha bir güzəştə getmə ehtimalı yoxdur. Paşinyan qeyd edir ki, sülh naminə ərazi güzəştlərindən söhbət gedə bilməz. Onda sual olunur ki, Azərbaycan niyə və hansı şərtlər müqabilində bu danışıqlara getməlidir? Əgər Paşinyan iqtidarı bundan sonra da danışıqları danışıqlar xatirinə aparmaq və vaxt qazanmaq istəyirsə, düşünürəm ki, danışıqların bu mahiyyətdə, bu formatda getməsi Azərbaycan dövlətinin, iqtidarının maraqlarına cavab vermir. Ona görə də, növbəti görüşdə danışıqların gedişində əldə edilməcək hər hansı bir saziş, hər hansı bir uğur təbii ki, Ermənistanın qeyri-konstruktiv mövqeyindən geri çəkiləcəyi ilə bağlı amilləri özündə ehtiva etməlidir. Ermənistan anlamalıdır ki, işğal altında olan ərazilərdən öz qoşunlarını çıxartmayana qədər danışıqların birinci raundunda əldə edilmiş hər hansı bir uğurdan söhbət gedə bilməz. Ermənistan ilk əvvəl bununla bağlı addım atmalıdır,Daha sonra Dağlıq Qarabağın statusu ilə bağlı məsələ ətrafında müzakirələrə gedə bilər.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB