"Qərarla vətəndaşların sosial problemlərinə son qoyuldu" RƏY-ÖZƏL

"Qərarla vətəndaşların sosial problemlərinə son qoyuldu" RƏY-ÖZƏL

“Ölkə başçısının söylədiyi kimi, 2019-cu il Azərbaycanın tarixində sosial islahatlarla qalacaq. Həqiqətən də bu il başlayandan 2 ay ərzində Prezident İlham Əliyev tərəfindən əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətdə imzalanan bütün sənədlər xalqımızın güzəranının daha da yaxşılaşdırmağa xidmət edir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Deputat bildirib ki, xüsusilə də dövlət başçısı tərəfindən problemli kreditlərin həlli istiqamətində imzalanan Fərman vətəndaşların uzun müddətlik probleminin həllində inqilabı addım oldu: “Ölkə başçısının fərmanı ilə vətəndaşlarımız məhkəmə çəkişmələrindən azad olundu, sosial problemlərinə son qoyuldu. Bu kreditlərin nizama salınması borcların ödənilməsi, indeksləşdirmə və digər addımlar həm kredit borcu olanların maddi durumunun yaxşılaşmasına, həm də bank sistemində müəyyən irəliləmələrin inkişafına səbəb olacaq”.

E. Məmmədov söyləyib ki, problemli kreditlərin həlli xırda bizneslər orta sahibkarlıqlar iri sahibkarlıqlarla məşğul olanların da işinə kömək olacaq: “Problemli kreditlərə bağlı verilən qərar göstərdi ki, Prezident bütün kateqoriyadan olan insanların, vətəndaşların qayğıları ilə daim maraqlanır və heç kəs diqqətdən kənarda deyil”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə