Bu gün “Səs” qəzetinin 20 illik yubileyi ilə əlaqədar təntənəli mərasim keçiriləcək

Bu gün “Səs” qəzetinin 20 illik yubileyi ilə əlaqədar təntənəli mərasim keçiriləcək
Bu gün "Səs" qəzetinin 20 illik yubileyi ilə əlaqədar təntənəli mərasim keçiriləcək. SİA-nın məlumatına görə, tədbirdən əvvəl "Səs" qəzeti və "Səs" İnformasiya Agentliyinin (SİA) kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edəcək. Mərasim isə axşam saat 19:00-da Bakı Əyləncə Mərkəzinin "Eliza" zalında baş tutacaq.
Tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, partiya rəhbərləri, ictimaiyyət nümayəndələri və media mənsubları iştirak edəcəklər.

Qeyd edək ki, "Səs" qəzeti 1990-cı ildə qeydiyyatdan keçib və 1991-ci il yanvarın 11-də "Əlincə" Xeyriyyə Cəmiyyətinin orqanı kimi fəaliyyətə başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə