AŞPA-nın qış sessiyasında Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunacaq
Yanvarın 24-dən 28-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının qış sessiyası keçiriləcək. SİA-nın qurumun rəsmi saytına istinadən verdiyi xəbərə görə, sessiyanın gündəliyinə Moldovada keçirilmiş parlament seçkiləri, "Şərq tərəfdaşlığı" proqramı və onun Şərqi Avropada iqtisadi inkişafa təsiri, Gürcüstanda demokratik təsisatların inkişafı, Bern Konvensiyasının yerinə yetirilməsi və digər məsələlər daxildir. İclasda əsas müzakirə mövzularından biri də müasir tələblərə cavab vermək, prosesləri düzgün qiymətləndirmək baxımından Avropa Şurasında islahatlar aparılması məsələsi olacaq. Xatırladaq ki, bu məsələni Azərbaycan nümayəndə heyəti də qaldırıb.
Eyni zamanda Azərbaycanın AŞPA-kı nümayəndə heyəti tərəfindən Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi yenidən gündəliyə gətiriləcək və azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpası məsələsi də qaldıracaq.
Sessiyadan sonra AŞPA Monitorinq komitəsinin həmməruzəçiləri Azərbaycana gələcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB