Tarixin bu günü və ya bu günün tarixi

Tarixin bu günü və ya bu günün tarixi
- Hülakü xan Bağdadı mühasirəyə alıb (1258)
- Rus İmperiyası Ukraynanı işğal edib (1654)
- İngilis səyyah Ceyms Kuk Havay adalarını kəşf edib (1778)
- Moskvada "Bolşoy Teatr" açılıb (1825)
- Alman İmperiyası (İkinci Reyx) elan edilib (1871)
- Rentgen (X-şua) cihazı ilk dəfə Nyu-Yorkda xalqa tanıdılıb. Yaradıcısı əvvəlcə ona "X" adı ona görə verib ki, nə cür bir şüanın olduğunu o zaman Fizikaya bəlli deyildi (1896)
- İlk dəfə təyyarə gəminin üzərinə endi. Pilot Eugene B. Ely, San-Françisko limanında olan USS Pennsylvania gəmisinə enib (1911)
- Paris sülh konfransı işə başlayıb. Konfransda dünya dövlətlərinin yeni sərhədləri müəyyən edilib (1919)
- BBC-yə İngiltərədə radio yayımına görə lisenziya verilib (1923)
- "Knyaz Potyomkin zirehli gəmisi" filmi ekranlara çıxıb (1926)
- Yusif Vəzir Çəmənzəminlinin sovet vətəndaşlığı bərpa edilib (1926)
- Amerika Senatı Lozan konfransının qərarlarını ratifikasiya etməkdən imtina edib (1927)
- Kinorejissor Eldar Quliyev anadan olub (1941)
- Sovet ordusu Leninqradın 872 gün davam edən mühasirəsini yarıb (1943)
- Xalq artisti, rəqqasə Afaq Məlikova anadan olub (1947)
- Aktyor Kevin Kostner anadan olub (1955)
- İtaliyalı futbolçu (qapıçı) Canluici Buffon anadan olub (1978)
- Aktyor Seyfəddin Dağlının xatirə günü (1983)
- Erməni silahlı qüvvələri Şərur rayon Kərki kəndi işğal edib (1990)
- 13 yanvarda başlayan Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi (AKP MK) büro iclasları başa çatıb. İclaslarda respublikadakı vəziyyət müzakirə edilib, iştirak edənlər güc tətbiq etmənin zəruri olduğunu bildiriblər. Etiraz edən olmayıb (1990)
- "Səhrada tufan" əməliyyatının ardından İraq ordusu Tel Əvivə və Hayfaya Scud raketləri atıb (1991)
- Maykl Cekson ilə Lisa Marie Presleynin iki il davam edən evlilikləri boşanma ilə sona çatıb (1996)
- 800 sərnişin tutumlu "Airbus A380" təyyarəsi Fransanın Tuluz şəhərində mediaya təqdim edilib (2005)

Bütün xəbərlər Facebook səhifəmizdə