Vardan Oskanyan da istintaqa çağırıldı

Vardan Oskanyan da istintaqa çağırıldı

Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan 2008-ci il 1 mart hadisələri ilə bağlı istintaqa dəvət olunub. SİA Ermənistan KİV-nə istinadən xəbər verir ki, məsələ ilə bağlı Ermənistan Baş Prokurorluğu hələlik açıqlama verməyib.

Xatırladaq ki, 2008-ci il 1 mart hadisələri ilə bağlı eks-prezidentlər Levon Ter-Petrosyan və Serj Sarkisyan ifadə verib, 2-ci prezident Robert Koçaryan isə həbs olunub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə