Əli Kərimlinin dəyişməyən siyasi naqisliyi

Əli Kərimlinin dəyişməyən siyasi naqisliyi

Təhqir və əxlaqsızlıq AXCP sədrinin həyat tərzinə çevrilib

Son günlər dağıdıcı düşərgədə baş verənlər göstərir ki, söyüş, təhqir, əxlaqsızlıqlarla dolu dırnaqarası siyasi mübarizə metodları, xüsusilə, Əli Kərimlinin dəyişməyən naqisliyi onun həyat tərzinə çevrilib. Bu təəccüb də doğurmur. Çünki cəmiyyətə özünü "ana" müxalifət kimi sırımağa çalışan Ə.Kərimlinin ətrafına nəzər yetirmək kifayətdir. Qənimət Zahid, Azər Əhmədov, Natiq Ədilov, Xədicə İsmayıl və Türkel Kərimlinin yayılmış videoları kifayət edir ki, bu mənfur və çirkab bataqlığında çapalayanlar həyasızcasına xalq adından danışmaq istəyir. Avropada oturub, Azərbaycan əleyhinə təbliğat aparırlar və radikal düşərgə təmsilçilərinə konkret istiqamət verirlər. Xaricdəki siyasi buqələmunlar etiraz formalarını açıq və sivil formada göstrərmək üçün məkan olaraq izdihamlı yerləri yox, ayaqyollarını seçirlər. Bununla da, mahiyyət etibarilə "ayaqyolu müxalifəti" funksiyasını daşıdıqlarını göstərirlər.

Abırları olsaydı...

Belə olan halda, siyasətdə qalmağa dəyərmi? Görünür, Tanrının bizə bəxş etdiyi o hissiyatın nə olduğunu hələ bu günə kimi anlamayıblar. Anlasaydılar, "Azərbaycanda insan haqlarının pozulması"na dair dinləmələrdə AXCP sədri Ə.Kərimlinin əxlaqsız oğlu Türkel Kərimli iştirak etməzdi. Böyük Kərimliyə sual verilməlidir ki, nəyə görə həmin dinləmələrdə, məhz küçük Kərilmi çıxış edib? Çünki Britaniya təhsilli T.Kərilminin ingilis dilində öz ölkəsinin qarasınca ağına-bozuna baxmadan səpələdiyi böhtançı cümlələrini o biri tərəfdən, yəni Azərbaycandan Xədicə İsmayıl adlı digər milli satqın da skayp vasitəsilə təsdiqləyib. Özü də Ermənistandan tökülüşüb gəlmiş jurnalist ordusunun, "Amerikanın Səsi" radiostansiyasının erməni bürosunun əməkdaşlarının, həmçinin, işğal altındakı Qarabağın separatçı "prezidenti" Bako Saakyanın oğlu, Amerika Erməni Konqresinin fəalı Armen Saakyanın hüzurunda..! Çünki təhqir və əxlaqsızlıq AXCP sədrinin ailə prinsipinə çevrilib. Özünü "milli demokratiyanın" "ana müxalifətçi" partiyasının sədri kimi təqdim edən böyük Ə.Kərimliyə sual eidlməlidir ki, nəyə görə həmin dinləmələrdə, məhz küçük Kərimli çıxış edib? Məgər böyük Kərimlinin "o boyda" Xalq Cəbhəsində, yaxud "Milli Şura"sında çıxış edəcək başqa adam tapılmadımı? C.Həsənli, G.Hacıbəyli, Q.Zahid və sairləri T.Kərimlidən xəyanətkarlıq baxımından və ağıl dərəcəsində bu qədərmi səviyyəsizidlər ki, onların yerinə oğlunu göndərirsən? Demək ki, sən Ə.Kərimli olaraq, bunu etiraf etməlisən ki, bu sənin əxlaqsız və naqis ailə prinsipinə çevrilən fəaliyyətindir.

Faktlar, dəlillər...

Bu, o küçük T.Kərimlidir ki, A.Saakyanla birləşərək Azərbaycan hakimiyyətinə qarşı şər və böhtan dolu fikirlər səsləndirir, Ə.Kərimli də Bakıda mitinq keçirməyə cəhd göstərir, "xalq", "dövlət", "demokratiya" və s. ifadələr sələndirməklə, təxribat törətməyə çalışır. Çünki ermənilər Azərbaycana qarşı nə edirlərsə, Ə.Kərimli də, məhz bu cür edir.
Bu gün Ə.Kərimli və onun kimilər cəhənnəmin lap dibində durur. Necə ola bilər ki, ata-ananın, əcdadlarının yaşadığı, ən gözəl xatirələrinin ünvanı olan, ana adlandırdığın vətənə xəyanət edəsən? Əclaflıq adlanan oyun qaydalarını qəbul edəsən? Psixologiya elminə görə, xəyanət - elmi baxımdan, daha geniş olan satqınlıq anlayışına daxildir. Xəyanətlərin ən böyüyü - dövlətə xəyanətdir. Beləliklə, 'satqın zehniyyəti nədən qaynaqlanır? Maliyyə-pul arqumenti, kriminal istedad xəyanətin izahı üçün kifayətdirmi? Alınan nəticələr göstərir ki, Ə.Kərimlinin və onun ardınca oğlunun bu satqınığı ailə prinsipinə əsaslanan xəyanətkarlığından irəli gəlir. Məhz buna görə - xəyanətin qiyməti yüksəkdir. Satqın üçün hər şey - satlıq maldır. Bir psixoluqun dediyi fikirləri xatırlatmaq istərdim: "Tarix boyu bu xislətli fərdlər insanlıq adına layiq olmayanlar kimi qəbul edilib. Satqınlığın qaynaqları - uşaqlıq dövründə ailədə gizlənir. Normal ailədə - satqının böyüməsi mümkün deyil".
Göründüyü kimi, Ə.Kərimlinin siyasi fəaliyyəti və müxalifətçiliyi yalnız xəyanət üzərində qurulan və alqı-satqı obyekti olaraq çox işlədilən məfhumdur. İşlənmiş əşyalara isə nə Azərbaycan siyasəti, nə Azərbaycan hakimiyyəti, nə də beynəlxalq təşkilatlar ehtiyac duyurlar. Belə olan halda, Ə.Kərimli və onun küçük oğlu anlamalıdır ki, milli xəyanətkarların yeri tarixin zibilliyidir və onlar sona qədər həmin zibillikdə qalacaqlar.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə