Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Gəncədəki Nizami kinoteatrının təmirinə başlanılacaq. Bu barədə SİA-nın bölgə müxbirinə kinoteatrın direktoru Aydın Məmmədov məlumat verib. Onun sözlərinə görə, cari ilin sonuna kimi əsaslı təmir işlərinin aparılması nəzərdə tutulur.
"Nazirliyin nümayəndələri kinoteatrın vəziyyəti ilə yerindəcə tanış oldular. Dedilər ki, ilin sonuna kimi burada əsaslı yenidənqurma işləri aparılacaq", - deyə A.Məmmədov bildirib. Əlavə edək ki, kinoteatr təxminən 30 ilə yaxındır təmir edilməyib.
Hazırda mədəniyyət ocağ yararsız vəziyyətdədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB