“Paşinyan Moskva-Paris-Tehran üçbucağında manevr edir” ÖZƏL-RƏY
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli tələbləri artıqdca Ermənistan rəhbərliyi təşvişə düşərək çər dəymiş köpək kimi vurnuxur. Bu ifadələrimə görə üzr istəyirəm, amma son günlər baş verən proseslərdən hiddətlənərək bu kəlmələri istifadə etmək məcburiyyətində qaldım. ABŞ və Almaniyanın təkidli Dağlıq Qarabağ məsələsinin yaxın illərdə həll olunması tələbi Paşinyanı bərk narahat edir. O səbəbdən də Paşinyan Moskva-Paris-Tehran ücbucağında manevrlər etmək məcburiyyətindədir. O güman edir ki, bu 3 ölkə Azərbaycana təzyiqlərini artırarsa biz güzəştə getməyə məcbur olacağıq. Onsuz da biz bu təzyiqləri 27 ildir hiss edirik. Lakin son aylarda bu təzyiqlər bir qədər intensivləşib”. Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Politoloqun sözlərinə görə, Moskvada yaşayan Azərbaycanlılara qarşı “çeçen təxribat”ı, Fransanın daim erməniləri qanadı altında saxlaması və Paşinyanın Xocalı soyqırımı ildönümündə Tehrana səfər edərək “Qarabağ Ermənistanındır” şüarı altında selfi çəkdirərək sosial şəbəkələrdə paylaşması Azərbaycana qarşı təzyiqin mənəvi hissəsidir: “Moskvada baş verən iğtişaşalar isə daha təhlükəlidir. Bu təxribat fədakar oğullarımız və çeçenlərin vəziyyəti düzgün qiymətləndirməsindən sonra qarşısı alındı.
Bu ərəfədə Gürcüstan prezidentinin Azərbaycana səfəri də mühüm əhəmiyyətə malikdir. Azərbaycana qarşı bu basqıların fonunda enerji təhlükəsizliyimiz mühüm əhəmiyyət kəsb edir. Gürcüstan da bizim kimi eyni problemdən əziyyət çəkir. Salome Zurabişvili ruspərəst siyasətçi kimi tanınsa da, bu xanım Avropada doğulub və Qərb siyasi mühitində tərbiyyə görüb. Artıq NATO Gürcüstanın qapısını döyür. Yaxın illərdə Rusiya birbaşa öz sərhəddində NATO qoşunlarını görmək məcburiyyətində qalacaq. Gürcüstan hakimiyyəti artıq birmənalı olaraq dərk edib ki, işğal olunmuş torpaqlarının azad edilməsi yalnız zamanın məsələsidir. Heç bir danışıq və ya Rusiyanın xeyirinə edilmiş güzəşt torpaqların azad olunması ilə nəticələnməyəcək. Ona görə də bu məsələdə üzünü Qərbə və NATO-ya çevirməyi üstün tutub. Eyni vəziyyət Dağlıq Qarabağ ətrafında baş verən proseslərə də şamil edilə bilər. Azərbaycan Gürcüstanla birlikdə Avropaya inteqrasiya barədə ciddi düşünməlidir. Xatırladım ki, Ermənistan artıq bu istiqamətdə fəaliyyətini gücləndirib. Bəzi ekspertlərin “Ermənistanın Avropa ailəsinə qoşularsa Rusiya tərəfindən cəzalandırılacaq” versiyası həqiqəti əks etdirmir. Hesab edirəm ki, həm Ermənistan, həm də Rusiya Avropa ilə eyni zamanda əməkdaşlıq etmək barədə istəklərini həyata keçirməyə cəhd edəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB