Əli Məsimli: “2010-cu ili qlobal maliyyə böhranından sonrakı dövr iqtisadiyyatının canlanma mərhələsi kimi qiymətləndirmək olar” - MÖVQE

Əli Məsimli: “2010-cu ili qlobal maliyyə böhranından sonrakı dövr iqtisadiyyatının canlanma mərhələsi kimi qiymətləndirmək olar” - MÖVQE
"2010-cu ili qlobal maliyyə böhranından sonrakı dövr iqtisadiyyatının canlanma mərhələsi kimi qiymətləndirmək olar". Bu sözləri Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Əli Məsimli SİA-ya açıqlamasında deyib. O bildirib ki, bönranın təsiri inkişaf etmiş ölkələrin iqtisadiyyatında hələ də özünü göstərməkdədir. Cari ildə ölkəmizdə 5 faizə qədər artım olduğunu deyən Ə.Məsimli vurğulayıb ki, bu həm MDB, həm də dünya ölkələri ilə müqayisədə yaxşı göstəricidir.

Millət vəkili söyləyib ki, ötən il sərmayə qoyuluşunda da artım tempi müşahidə olunub: "Ötən il sərmayə qoyuluşunda artım tempi 15 faziə çatıb. Bu artım ümumi daxili məhsulun artım tempini 13-ni üstələyir. Ötən il ölkə iqtisadiyyatına 15,5 milyard dollar vəsait qoyulub, daxili investisiyalar xarici investisiyaları üstələyib. İnvestisiyaların 9,3 milyardı qeyri-neft sektoruna yönəldilib. 2010-cu ildə Azərbaycanda inflyasiyanın səviyyəs isə 6 faizdən az, yəni 5.7 faiz civarındadır".

Açıqlaması zamanı neft qaz sektorunun ötən ilki inkişafına da toxunan millət vəkili söyləyib ki, 2010-cu il müddətində 51 milyon ton neft, 27 milyard kubmetr qaz hasil edilib. Onun sözlərinə görə, Azərbaycan üçün əhəmiyyət daşıyan neftdən kənar sahələr var ki, ötən il bu sahələr üçün də əhəmiyyəli olub. Ə.Məsimli vurğulayıb ki, 2010-cu ildə neft sahəsi üzrə artım tempi 2.5 faiz idisə qeyri-neft sektorunda isə bu temp 2 faiz təşkil edib.

Ötən il ölkəmizdəki sosial göstəricilərə gəlincə Ə.Məsimli bu sahədə də uğurların əldə olunduğunu dilə gətirib: "Qlobal maliyyə bönranından sonra bir çox ölkələrdə əmək haqlarının artırılması dondurulub. Bu da ciddi sosial partlayışlara, ölkələrdə ixtişaşlara, bəzi ölkələrdə hakimiyyət dəyişikliyinə və digər ciddi problemlərə gətirib çıxarıb. Amma bütün bunara baxmayaraq ölkəmiz ötən il onun üzərinə düşən bütün sosial səlahiyyətləri yerinə yetirə bilib. Nəticədə müəyyən dərəcədə olsa əmək haqları, pensiyalar artıb. Minimum əmək haqqı və pensiyanın baza hissəsi 75 manatdan 85 manata qaldırılıb".

Bütün xəbərlər Facebook səhifəmizdə