Müxalifət “liderləri” isə bu reallıqdan vahimələnir, qorxur və təlaş keçirirlər
Fevralın 26-da Azərbaycan xalqı Xocalı soyqırımının 27-ci ildönümünü andı. Belə ki, bu həm də bir ümummilli məsələdir. Əsas məqamlardan biri də, Prezident İlham Əliyevin ümummilli yürüşdə iştirak etməsi və on minlərlə insan selinin Onun arxasında getməsi, yürüşə qatılmasıdır. Bu, həm də o deməkdir ki, Azərbaycan xalqı öz Prezidentinin yanındadır və Onun atdığı hər br addımında dəstək nümayiş etdirir. Bu reallıq, bu fakt eyni zamanda bütün dünyaya sübut edir ki, Azərbaycanda sarsılmaz xalq-iqtidar vəhdəti mövcuddur və bu vəhdəti heç bir daxili, yaxud xarici qüvvələr poza bilməyib, bundan sonra da bacarmayacaq.
Əli Kərimlinin özünü daim xalqdan təcrid etməsi artıq kifayət qədər sübuta yetirilib!
Lakin özlərini müxalifətin “anası” hesab edən radikal və dağıdıcı təfəkkürə malik “liderlərin” soyqırımı günü ətraflarındakı beş-on nəfərlə özlərini rüsvay etmələri də xalqımızın gözündən yayınmamış qaldı. Prezident İlham Əliyevin arxasınca on minlərlə Azərbaycan vətəndaşının getdiyi halda, AXCP sədri Əli Kərimlinin, Müsavat başqanı Arif Hacılının yan-yörələrində barmaqla sayılacaq tərəfdarlarının olması özü-özülüyündə hər şeyi tam çılpaqlığı ilə bird aha sərgilədi. Məsələ ondadır ki, Ə.Kərimli ümumxalq yürüşünə qatılmayaraq ayrıca şəkildə, yəni ətrafındakı 5-10 nəfərlə Xocalı abidəsinə gəlib. AXCP sədri üçün ümummilli məsələnin heç vaxt əsas amil kimi dəyərləndirilməməsi qalsın öz yerində, daha bir reallıq isə budur ki, onun özünü daim xalqdan təcrid etməsi artıq kifayət qədər sübuta yetirilib. Ə.Kərimli üçün maraqlı olan bir məsələ var, o da ki, xaricdən sifarişlə idarə edilən 2-3 minlik minlik mitinqlərində Azərbaycan dövlətinin maraqlarına qarşı pafosla çıxış etmək, sonra da aldığı qrantların bir hissəsini İngiltərədə kef partilərini davam etdirən oğluna göndərmək, qalanını isə öz cah-cəlallı həyatına xərcləmək... Bax, budur “xalq”, “millət” bağırıb, sonra da öz yaxasını kənara çəkən simasızların gerçəkliyi.
O da əbəs deyil ki, bu yaxınlarda elə Ə.Kərimlinin özü, qatıldığı canlı yayımların birində onun yalan vədlərinə inanaraq illərdir yan-yörəsində gəzib, həyatlarını puç edənlərə səsləndi. O etiraf etdi ki, hakimiyyətə gəlmək şansı, perspektivi yoxdur və kimlər istəsə onun yanını tərk edə bilər. Maraqlıdır, onun üçün vədlərinə inanıb həbsxanalara düşən, ali təhsillərini yarımçıq qoyan insanların taleləri bu qədərmi gərəksizdir? Gördüyümü kimi, bu belədir və heç kim deyil, məhz özü bunu açıq-aydın etiraf edir. Ona görə də, Xocalı soyqırımının anım günündə onun ətrafında uzağı beş-on nəfər adam olub və üstəlik, AXCP sədri ümumxalq yürüşündə deyil, ayrıca abidəyə tərəf gedib.
Arif Hacılının təxribatçı cəhdləri Xocalı soyqırımı şəhidlərinin ruhlarına hörmətsizlikdir!
Özünü “lider” hesab edənlərdən biri də Müsavat başqanı Arif Hacılıdır. Maraqlıdır ki, onun ümummilli məsələdəki davranışı minlərlə inzanlarımız tərəfindən hiddətlə qarşılanıb. Daha dəqiq desək, xalqın getdiyi yolla deyil, özünün müəyyənləşdirdiyi yol vasitəsi ilə “Ana harayı” abisədini ziyarət etmək istəyən A.Hacılının davranışları açıq-aydın təxribat cəhdi oldu. O və yanındakı adamları müəyyən edilmiş yolla getmək istəməyərək, polisə qarşı müqavimət belə göstərməkdən çəkinmədilər. Üstəlik, hüquq-mühafizə orqanlarının qanuni çağırışlarına qarşı həqarət, təhqir belə ünvanladılar. Belə bir addımı isə Xocalı soyqırımında şəhid düşmüş insanlarımızın ruhuna hörmətsizlik kimi qiymətləndirmək lazımdır. Polisimizə təhqirlər yağdıran müsavatçılar görünür, soyqırımında şəhid düşmüş polislərimizin də ruhlarını narahat etdiklərinin fərqinə varmayıblar. Bax, bu addımın özü də isbat edir ki, belələrinin heç vaxt Azərbaycan xalqının adından danışmağa, fakir bildirməyə haqqları yoxdur!
Bəli, bu kimi xəyanətkar, satqın ünsürləri narahat edən reallıq Azərbaycan xalqının öz dövlətinin, Prezidentinin yanında olması, Onun yürütdüyü milli-dövlətçilik, demokratik və inqilabi islahatlarla davam etdirilən siyasətinə dəstək çıxmasıdır. Onları təlaşlandıran Azərbaycan xalqının mütləq əksəriyyətinin Prezident İlham Əliyevi Lider kimi qəbul etməsi faktorudur. Bu factor isə anti-milli ünsürlərin rüsvayçı sonluğu, siyasi məhvi və süpürülərək, tarixin zibil urnasına tullanmasıdır!
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB