Ermənilərin açdığı atəş nəticəsində Azərbaycan əsgəri şəhid olub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yanvarın 17-də saat 12.30 radələrində Ermənistan silahlı bölmələrinin Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığındakı mövqelərdən açdığı atəş nəticəsində əsgər, 1990-cı il təvəllüdlü Azadəliyev Məmməd Rasim oğlu şəhid olub.
Düşmən cavab atəşi ilə susdurulub.
Qeyd edək ki, M. Azadəliyev 2010-cu ilin oktyabrında Sumqayıt Şəhər Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB