"Beynəlxalq təşkilatlar Xocalıya soyqırımına niyə hüquqi qiymət vermirlər?” RƏY-ÖZƏL
“Bəşər tarixində ermənilər Böyük Ermənistan yaratmaq xülyası ilə Azərbaycana qarşı 4 dəfə soyqırımlar həyata keçirib. Ermənilər 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1993-cü illərdə azərbaycanlılara qarşı fəlakətlər törətmiş, etnik təmizlənmə siyasətini aparıb, doğma yurdlarından didərgin salınıblar. Yeni tarixin ən dəhşətlisi isə Xocalı faciəsi olub”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
O bildirib ki, qocaları, qadınları, uşaqları və bir sözlə silahsız insanları amansızcasına qətlə yetirmək, meyitlər üzərində insanlığa yaraşmayan vandalizm hərəkətləri etmək ancaq erməniyə xas olan və bəşər tarixində görünməmiş vəhşilikdən başqa bir şey deyildi.
Deputat söyləyib ki, ermənilərin gözü tarixən Azərbaycan torpaqlarında olub və zaman-zaman havadarlarının dəstəyi ilə torpaqlarımızı işğal edərək özlərinə dövlət qurub: “Son etnik təmizlənmə və işğal siyasəti nəticəsində 200 mindən çox azərbaycanlı öz tarixi torpaqlarından deportasiya olunub, Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonu işğal edib, ümumilikdə torpaqlarımızın 20 faiz işğala məruz qalıb, 1 milyon soydaşımız qaçqın və məcburi köçkünə çevrilib. Çox təəssüf ki, beynəlxalq təşkilatlar və insan hüquqlarının müdafiəçiləri, demokratiya carçıları bu məsləyə öz hüquqi qiymətinin verilməsinə heç bir cəhd göstərmirlər. Bu da ikili standartların göstəricisidir”.
A.Badamov qeyd edib ki, zaman gələcək torpaqlarımızı da işğaldan azad edəcək, məcburi köçkünlərimiz öz yurdlarına qayıdacaqlar: “Amma ermənilərin bizə vurduğu yara heç vaxt sağalmayacaq. Biz erməni terror və aqresiyasının qurbanlarını heç vaxt unutmayacaq, onların xatirəsini əziz tutaraq hər zaman yad edəcəyik. Çalışmalıyıq ki, cəlladların rəhbərlərini beynəlxalq məhkəmələrə çıxartmaqla cəzalarını alsınlar. Mən inanıram ki, bu gec-tez baş verəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB