Ombudsman Elvin Əsgərovun ölüm faktı ilə bağlı Baş prokurora və daxili işlər nazirinə müraciət edib

Ombudsman Elvin Əsgərovun ölüm faktı ilə bağlı Baş prokurora və daxili işlər nazirinə müraciət edib

Son günlər Elvin Əsgərovun Nizami Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən döyülərək öldürülməsi ilə bağlı yayılmış məlumatlarda 13 yanvar 2011-ci il tarixdə saat 02.00 radələrində "Neon Palace" şadlıq sarayının yaxınlığında, Mikayıl Əliyev küçəsi, 15 ünvanında restorandan çıxan bir qrup şəxsin Çevik Polis Alayının əməkdaşları tərəfindən zorakılığa məruz qaldığı, polis əməkdaşlarının gənclərin polis bölməsinə getmələrini tələb etdiklərini, onlar isə heç bir qanunsuz hərəkətə yol vermədiklərindən bölməyə getmək istəmədiklərini bildiriblər.

Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, bundan sonra polislərin onların ünvanına nalayiq ifadələr işlətdiyi, ardınca da Elvin Əsgərovun polislərdən birini bıçaqladığı, bölməyə aparılarkən yolda onların polislər tərəfindən döyüldüyü, nəticədə Anar Qəniyevin qolunun zədələndiyi, E.Əsgərovun isə ağır yaralandığı üçün 3 saylı Sabunçu xəstəxanasına çatdırıldığı, lakin orada onun həyatının xilas edilməsinin mümkün olmadığı qeyd edilib.

İşgəncələrə qarşı Milli Preventiv Mexanizm funksiyalarını yerinə yetirən Ombudsman Elmira Süleymanova Azərbaycan Respublikasının Baş prokuroruna və Daxili İşlər nazirinə məktubla müraciət edərək, göstərilən halların tam və hərtərəfli yoxlanılmasını, təqsirkar şəxslərin məsuliyyətə cəlb olunmasını və qanun çərçivəsində cəzalandırılmasını, nəticəsi barədə məlumat verilməsini xahiş edib.

Bütün xəbərlər Facebook səhifəmizdə