Anar Xəlilov: “Bu cür müxalifətçilik heç bir siyasi mübarizə metoduna uyğun gəlmir” RƏY-ÖZƏL
“Məhz müxalifətin radikal qolu olan bu insanlar 26 ildir ki, özlərini müxalifət adlandıraraq normal siyasi dildə deyil ancaq hədə dili ilə danışırlar”. Bunu SİA-ya açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, SİM İB-nin sədri Anar Xəlilov deyib. Onun sözlərinə görə, hədə dili ilə danışmaq isə bütün hallarda zəiflik nümunəsidir və bir daha özləri sübut edir ki, bunların siyasi gücü yoxdur: “19 yanvar mitinqindən əvvəl cənab prezident tərəfindən yeni islahatların başlanmasına baxmayaraq bu şəxslər iddia ilə prezidentin ardıcıl surətdə apardığı bu islahatları guya bunların təzyiqi ilə baş verdiyini car çəkərək yenə də özlərində eyforiya yaşadırlar. Ancaq anlamırlar ki, bir qrup radikal baxışlı insanları ətrafına yığıb bu cür müxalifətçilik etmək heç bir siyasi mübarizə metoduna uyğun gəlmir. Məhz mitinqə də icazə verilməməsinin əsas səbəbi özlərini radikal aparmaqları ictimai asayişi pozmaq cəhdləri ilə əlaqədar edir. Həm 19 yanvar mitinqindən sonrakı həm də 20 yanvar ümumxalq hüzn günü etdikləri hərəkətlərə görə bunların mitinq keçirilmələrinə haqlı olaraq icazə verilmir. Eyni zamanda bu şəxslər Azərbaycanda siyasi etikaya uyğun müxalifətçilik edən şəxslərə qarşı da hörmətsizlik edirlər. Özlərindən başqa heç kimi müxalifət görməyən bu insanların düşüncəsinə görə müxalifətçilik qışqırıb bağırmaq, şər böhtan atmaq üsullarıdır. Əgər kimsə müxalifətçidirsə bunu etməlidir. Əks halda onlar müxalifət deyil. Budur bunların yanaşma tərzi və siyasi düşüncəsi. Hesab edirəm ki, bunların bu mövqelərinə qarşı Azərbaycanda sivil formada mübarizə aparan digər müxalif qüvvələr öz sözlərini deməlidirlər. Onlar imkan verməməlidirlər ki, bunlar bu mövqe ilə onların mübarizələrinə kölgə sala və siyasi inhisarçılıq edərək tək müxalifət bizik deyib cəmiyyəti çaşdırmayalar. Yəqin ki, digər müxalif qrupların
rəhbərləri bu istiqamətdə seyrçi qalmayaraq öz sözlərini deyəcəklər çünki bu onların da maraqlarına xidmət edir”.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB