2011-ci il İnformasiya Kommunikasiya Texnologiyaları sahəsinin inkişafını bir neçə istiqamətlərə, sektorlara bölmək olar. Bu barədə SİA-ya açıqlamasında İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov deyib. O bildirib ki, cari il simsiz texnologiyaların daha da inkişafı üçün mühüm il olacaq. F.Kazımov vurğulayıb ki, 3G, Wimax və digər texnologiyaların tətbiqi nəticəsində Azərbaycanın şirkət texnologiyası əsasında genişzolaqlı internetin hər qapıya döyülməsi reallaşacaq. Onun sözlərinə görə, yeni texnologiyaların tətbiqi nəticəsində bu istiqamətdə qiymətlərdə ucuzlaşma olacaq və insanlar bu texnologiyadan istifadə edə biləcəklər.
"Digər mühüm məsələ isə Elektron Hökumət həllərinin daha yeni müstəvidə inkişaf etdirilməsidir. Elektron imza artıq hazırdır və yəqin ki, bu il tətbiqinə başlanacaq. Elektron imzanın tətbiqi Azərbaycanda elektron hökumətin daha geniş formada nəinki dövlət təşkilatları arasında, həmçinin adi vətəndaşlarla dövlət təşkilatları arasında əlaqələrin qurulması üçün yeni bir mərhələ olacaq. Hər bir insan özünə hansısa sənəd lazım olduqda əlaqəni internet vasitəsilə apara bilər. Belə ki, vətəndaşın sənədi, dövlət təşkilatı ilə əlaqəsi internetdə elektron imza vasitəsilə təsdiqlənə bilər", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB