Avropa Vladimir Putini qaralayıb

Rusiyanın baş naziri Vladimir Putinin adı Avropa İttifaqının "qara siyahı"sına düşə bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, buna səbəb baş nazirin adının Mixail Xodorkovski və Platon Lebedevin cinayət işində hallanmasıdır. Belə ki, "qara siyahı"ya baş nazirin müavini İqor Seçinin, "YUKOS" işini aparan müstəntiqlərin, prokurorların və hakimlərin adlarının da düşəcəyi də göstərilir. Bu şəxslərə Avropa İttifaqı ərazisinə daxil olmaq üçün viza verməkdən imtina edilə və xarici banklardakı hesabları dondurula bilər.

 

Qeyd edək ki, ötən ilin dekabrında Avroparlamentin deputatları hüquqşünas Sergey Maqnitskinin ölümündə əli olan 60-ya yaxın məmurun aktivlərini dondurmaq barədə Avropa İttifaqı ölkələrinə tövsiyə əks olunan qətnamə qəbul ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə