Qardaş içində "cin" olan bacısına iki bıçaqla 60 zərbə endirib

Qardaş içində "cin" olan bacısına iki bıçaqla 60 zərbə endirib

Psixi problemi olan qardaş bacısına iki bıçaqla 60 zərbə endirib. SİA-nın "Posta" qəzetinə istinadən verdiyi xəbərə görə, dəhşətli qətl hadisəsi Türkiyədə baş verib. Adana şəhərində yaşayan və psixi problemi olan Əhməd Devrim iki bıçaqla doğma bacısına 60 zərbə endirib. 33 yaşlı qadın aldığı bıçaq zərbəsindən yerindəcə keçinib.

 

Polis tərəfindən tutulan qatil bacısının içərisində Leyla adında cin olduğu üçün onu qətlə yetirdiyini bildirib: " Bacımın içində Leyla adında cin var idi. Mən onun içindən cini çıxartmaq üçün bunu etməli idim. Başqa çarəm yox idi".

Bütün xəbərlər Facebook səhifəmizdə