Lənkəran Özəl Türk Liseyində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ilə əlaqədar rayonun ümumtəhsil məktəblərinin 8, 9 və 10-cu sinif şagirdləri arasında keçirilən bilik yarışmasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. SİA-nın cənub bürosunun məlumatına görə, bilik yarışmasında iştirak edən 637 şagird TQDK sisteminə uyğun olaraq 4 qrup üzrə 125 sualı cavablandırıb.
Rayon Təhsil Şöbəsinin müdir əvəzi Güloğlan Bağırov, Lənkəran Şəhər İcra Hakimiyyətinin məsləhətçisi Tahir Zülfüqarov, məktəb direktorları və valideynlərin qatıldığı tədbirdə əvvəlcə "Araz Kursları"nın fəaliyyətindən bəhs edən video-çarx təqdim olunub. Bilik yarışının yekunlarına əsasən hər qrup üzrə ilk 3 yeri tutan 36 şagird "Tərifnamə" və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Mükafat almış şagirdlər 2011 və 2012-ci ildə 30 faiz güzəştlə "Araz kursları"nda təhsillərini davam etdirmək imkanı əldə ediblər. Yarışmada ən fəal iştirak edən 4 məktəbin direktoruna da hədiyyələr təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB