Neft bahalaşmaqda davam edir
Neftin qiyməti bahalaşıb. SİA-nın məlumatına görə, Bakı vaxtı ilə saat 9:00-da Brent markalı neftin qiyməti 0.13 faiz bahalaşaraq bir barelə görə 98,5 dollar olub. Bundan başqa Ligh Sweet 0.28 faiz bahalaşaraq bir barelə görə 92.3 dollar təşkil edib.

Qeyd edək ki, ötən həftənin beşinci günü Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 0,14 dollar və ya 1,5% artaraq 1 barelə görə 91,54 dollar təşkil edib. Brent markalı neftin 1 barelinin dəyəri isə 0,62 dollar artaraq 98,68 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə