Bu gün Türkiyə Jandarma Baş Komandanı, ordu generalı Necdət Özəlin Azərbaycana səfər edəcək. SİA-nın xəbərinə görə, 3 günlük səfər çərçivəsində jandarma komandanı Fəxri Xiyabanı, Şəhidlər Xiyabanının və Bakıdakı Türk Şəhidliyini ziyarət edəcək, həmçinin Daxili İşlər Nazirliyi, DİN Daxili Qoşunlar Baş İdarəsi, Dövlət Sərhəd Xidməti və digər qurumlarda, o cümlədən hərbi tədris müəssisələrində tanışlıq xarakterli görüşlər keçirəcək.
Qeyd edək ki, ordu generalı N. Özəl jandarma baş komandanı olaraq Azərbaycana ilk dəfədir səfər edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB