Qan xeyriyyəçiləri gənclərə müraciət etdi

Qan xeyriyyəçiləri gənclərə müraciət etdi
"İrsi qan xəstəliklərindən əziyyət çəkən insanlar daim insan qanına ehtiyac duyur. Bu ehtiyacların ödənilməsində səhiyyə ocaqlarına yaxından dəstək göstərmək Qan Donorları Assosiasiyasının başlıca vəzifəsidir. Amma siz gənclərin dəstəyi olmadan biz bu müqəddəs missiyamızı həyata keçirə bilmərik". SİA-nın xəbərinə görə, bu sözləri Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov gənclərə müraciətində vurğulayıb.

Artıq bir neçə aydır ki, paytaxtda "Qan verək, xilas edək!" şüarı altında silsilə şəkilli qanvermə aksiyaları həyata keçirilir. Aksiyaların məqsədi qan ehtiyatlarının çoxaldılması və irsi qan xəstələrinin qana olan təlabatının ödənilməsində vasitəçi olmaqdır. Elə bu məqsədlə də növbəti qanvermə aksiyası təşkil olunub. Öncəki aksiyalardan fərqli olaraq 15 yanvarda həyata keçirilən qanverməyə Gənclərin Töhfəsi İctimai Birliyi öz fəal könüllüləri və üzvləri ilə dəstək verib.

Bir neçə saat davam edən aksiyada onlarla gənc iştirak edib. Verilən qanlar irsi qan xəstəliklərindən əziyyət çəkən şəxslərin müalicəsində təmənnasız istifadə olunacaq.

Qan xeyriyyəçiləri sonda etdikləri müraciətin ictimaiyyətə çatdırılmasını xahiş ediblər. Müraciətdə deyilir: "Biz Qan Donoru Assosasiyası olaraq Azərbaycan gəncliyini, Azərbaycanda fəaliyyət göstərən bütün biznes strukturlarına müraciət edərək bu aksiyaya qoşulmağa dəvət edirik. Hər bir təşkilat hər bir müəssisə öz daxilində ayda bir dəfə belə bir aksiya keçirərsə, irsi qan xəstəliyindən əziyyət çəkən uşaqların yaşamalarına ən böyük dəstək olar".

Bütün xəbərlər Facebook səhifəmizdə