Sabah Qriqol Vaşadze Azərbaycana rəsmi səfər edəcək

Sabah Qriqol Vaşadze Azərbaycana rəsmi səfər edəcək

Sabah Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze Azərbaycana rəsmi səfər edəcək. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxovun SİA-ya verdiyi məlumata görə, səfər yanvarın 19-na kimi davam edəcək.

 

Qeyd edək ki, Qriqol Vaşadzenin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Prezident İlham Əliyevlə görüşməsi nəzərdə tutulub. Keçiriləcək görüşlərdə ikitərəfli münasibətlər və iqtisadi sferada maraq doğuran məsələlərin də müzakirə ediləcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə