Hәbsxanada әsgәrlәrin açdığı atəş nəticəsində çox sayda mәhkum dünyasını dəyişib

Hәbsxanada әsgәrlәrin açdığı atəş nəticəsində çox sayda mәhkum dünyasını dəyişib

Tunis dövlәt başçısı Zeynal Abidin Bin Әlinin ölkəni tərk etməsinə səbəb olan "Yasəmən inqilabı" baş tutmuş sayılsa da, ölkədə vəziyyət gərgin olaraq qalır.

SİA-nın xəbərinə görə, fövqəladə vəziyyət rejimi elan olunan ölkәdә tәhlükәsizlik qüvvәlәri asayişi bәrpa etmәyә sәy göstərsələr də talanlar davam edir.

Digәr tәrәfdәn Monastır şәhәrindә bir hәbsxanada mәhkumlar üsyana başlayıblar.

Ölkәnin cәnubunda 1200 cinayәtkarın saxlandığı Mehdiyyә hәpsxanasında әsgәrlәrin üsyançılara atәş etmәlәri nәticәsindә çox sayda mәhkum dünyasını dəyişib.

Qeyd edәk ki, Tunis Konstitusiya Şurası 60 gün әrzindә prezident seçkisinin keçirilmәsini nәzәrdә tutan qәrar qəbul edib.

Beynәlxalq birlik Tunisdә әmin-amanlıq vә təhlükəsizliyin qorunması ilə baglı çağırış edәrkәn Avropa ölkәlәri Tunisdә yaşayan vәtәndaşlarını çıxarırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə