İlham Əliyev Latviyadadır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Latviya Respublikasına rəsmi səfər edib.

SİA-nın xəbərinə Azərbaycanın və Latviyanın dövlət bayraqları ilə bəzədilmiş Riqanın Beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Latviyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.

Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə