Milli Məclisin üzvləri İKT parlamentinin tədbirlərində iştirak edəcək
Milli Məclisin deputatı, İslam Konfransı Təşkilatı Parlament İttifaqında nümayəndə heyətimizin rəhbəri Gövhər Baxşəliyeva və millət vəkili Sabir Rüstəmxanlı İKT Parlament İttifaqı Şurasının 13-cü sessiyasında və İkinci fövqəladə konfransında iştirak etmək üçün yanvarın 15-də Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərinə səfər edəcəklər. Bu barədə SİA-ya parlamentin mətbuat xidmətindən məlumat verilib.
Sessiyanın gündəliyinə İttifaqın İcraiyyə Komitəsinin, daimi komitələrinin hesabatları, təşkilatı və digər məsələlər daxil edilib. Qurumun ikinci fövqəladə konfransında isə regional problemlərin həlli yolları, nüvə enerjisindən digər məqsədlərlə istifadə edilməsi, Qərb dövlətlərinin parlamentləri ilə əməkdaşlıq və digər məsələlərin müzakirəsi nəzərdə tutulub.
Səfər çərçivəsində millət vəkilləri təşkilatın komitələrinin iclaslarında da iştirak edəcək, gündəlikdəki məsələlərə öz münasibətlərini bildirəcəklər. Səfər yanvarın 20-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB