Ukrayna Ali Radasının spikeri 2011-ci ildə Azərbaycana rəsmi səfər etmək üçün dəvət alıb

Ukrayna Ali Radasının spikeri 2011-ci ildə Azərbaycana rəsmi səfər etmək üçün dəvət alıb
Ukrayna Ali Radasının spikeri Vladimir Litvin 2011-ci ildə Azərbaycana rəsmi səfər etmək üçün dəvət alıb. SİA-nın xəbərinə görə, bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb. Spikerə müvafiq dəvəti Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Eynulla Mədətli təqdim edib.

E.Mədətli qeyd edib ki, iki ölkə arasında ticarət dövriyyəsini daha da inkişaf etdirmək üçün mühüm addımlardan biri parlamentlərarası dostluq qruplarını və qanunvericilik orqanlarının rəhbərləri səviyyəsində xalq deputatlarının dialoqunu yaratmaqdır.

Litvin isə öz növbəsində qeyd edib ki, Azərbaycan və Ukraynanın dövlət başçıları, parlament rəhbərləri və xalqları səviyyəsində əməkdaşlığı parlamentlərarası əməkdaşlığın aktivləşdirilməsi sayəsində gücləndirmək lazımdır, hansıki indi bu sistemli xarakter daşımır.

Bütün xəbərlər Facebook səhifəmizdə