"Bu Türkiyənin daxili problemidir və Qarsdakı abidəyə olan qiymətin Ermənistan- Türkiyə münasibətlərinə heç bir aidiyyatı yoxdur". SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ermənistanın xarici işlər naziri Edvard Nalbadyanın Qars abidəsi ilə əlaqədar ona göndərdiyi bəyanatlara cavab olaraq bildirib.
"Baş nazir Ərdoğan abidəyə estetik nöqteyi-nəzərdən qiymət verib və bu heç bir siyasi element daşımır", - deyə o qeyd edib.
Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Edvard Nalbadyan jurnalistlərlə görüşü zamanı Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğanın Qarsada yerləşən erməni- türk dostluğunu əks etdirən abidənin sökülməsi ilə bağlı verdiyi bəyanata etirazını bildirib. O deyib ki, Ermənistan Türkiyə münasibətlərinə dair atılan hər bir addım prosesə mənfi təsir edə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB