Azərbaycanın Fransa və Vatikandakı səfiri Roma Papası XVI Benedik və bəzi nazirlərlə görüşüb

Azərbaycanın Fransa və Vatikandakı səfiri Roma Papası XVI Benedik və bəzi nazirlərlə görüşüb
Azərbaycanın Fransa və Vatikandakı səfiri Elçin Əmirbəyov Roma Papası XVI Benediklə görüşüb. SİA-nın xəbərinə görə, görüş zamanı səfir Azərbaycan prezidenti İlham Əliyevin Yeni il təbriklərini Roma Papası XVI Benedikə çatdırıb. Bunun cavabında Roma Papası XVI Benedik də öz növbəsində Azərbaycan xalqına Yeni İl təbriklərini çatdırıb.
Görüşdə tərəflər Azərbaycan və Vatikan arasındakı münasibətlərin gələcək inkişafı üçün öz arzularını bildiriblər. Vatikana səfər çərçivəsində azərbaycanlı diplomat həmçinin xarici işlər və mədəniyyət nazirləri ilə görüşüb. Tərəflər Azərbaycanla Vatikan arasındakı ikitərəfli münasibətlərin inkişafını müzakirə ediblər. Vatikan tərəfi qeyd edib ki, Azərbaycan öz dini tolerantlığı ilə digər müsəlman ölkələrinə nümunə ola bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə